Bank Of Baku

Azərbaycanda alkoqolsuz içkilərin istehsalında ciddi azalma müşahidə olunur

Azərbaycanda alkoqolsuz içkilərin istehsalında ciddi azalma müşahidə olunur
# 16 sentyabr 2016 10:18 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycanda içki, xüsusilə də alkoqolsuz içkilərin istehsalında ciddi azalma müşahidə olunur.

 

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə qida məhsullarının istehsalında 4,5% artım, tütün məmulatlarının istehsalında 3,2%, içki istehsalında isə 11,7% azalma müşahidə olunub.

 

Bu sahələrin əsas məhsullarından olan pendir və kəsmik istehsalı 2,7% artaraq 33,2 min ton, marqarin istehsalı 53,9% artaraq 28,9 min ton, kərə yağı istehsalı 5,7% artaraq 16,8 min ton, qənd istehsalı 29,2% artaraq 278,4 min ton, likörların istehsalı 2,6 dəfə artaraq 110,4 min dkl, mineral suların istehsalı 1,5 dəfə artaraq 10,2 mln. dkl, alkoqolsuz içkilərin istehsalı 26,5% azalaraq 13,7 mln. dkl təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR