Bank Of Baku

Azərbaycanda altı şadlıq evi vergidən yayınır

Azərbaycanda altı şadlıq evi vergidən yayınır
# 21 yanvar 2015 12:31 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bəzi şadlıq evləri vergilərin ödənilməsindən yayınır.

 

APA-Economics”in məlumatına görə, bu barədə Vergilər Nazirliyinin rəsmi saytındakı vergi borcunu ödəməyən vergi ödəyiciləri barədə məlumatda bildirilir.

 

Bakı şəhər Vergi Departamentinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı müəyyən olunub ki, Bakı şəhəri, Nizami rayonunda fəaliyyət göstərən "Borçalı LTD" firmasına məxsus "Ulu borçalı", Xətai rayonunda "Tofsal LTD" şirkətinə məxsus "Tacmahal" şadlıq sarayı və Cəfər Tağıyevə məxsus “Nuray” şadlıq evi, Binəqədi rayonunda Afiq Qəhrəmanova məxsus “Firavan” şadlıq sarayı, Lənkəran rayonunda Allahverdi Tağıyevə məxsus “Ruslan” şadlıq sarayı, Astara rayonunda “Elşad” şadlıq sarayı dövlət büdcəsinə vergi ödəmir.


Bununla yanaşı, vergi borcunun həcmi qeyd edilməyib.


Faktla bağlı qanuna müvafiq tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR