Bank Of Baku

Azərbaycanda Amerika Ticarət Palatasının nizamnaməsi dəyişib

Azərbaycanda Amerika Ticarət Palatasının nizamnaməsi dəyişib
# 19 oktyabr 2017 10:18 (UTC +04:00)

Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham-Azerbaijan") növbəti ənənəvi aylıq işgüzar naharı baş tutub.

 

Palatadan "APA-Economics"ə verilən məlumata görə, nahar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın (Robert Cekuta) təqdimatı və "AmCham-Azerbaijan"ın nizamnaməsinə Palatanın Direktorlar Şurası tərəfindən təklif olunmuş dəyişikliklərin qəbulu üçün səsvermə ilə yadda qalıb. Tədbirə "AmCham-Azerbaijan"a üzv şirkətlərdən 140-dan çox nümayəndə qatılıb. Bundan başqa, tədbir iştirakçıları ABŞ şirkətlərindən ibarət olan ticarət missiyasının nümayəndələri ilə işgüzar əlaqələri qurmaq imkanı qazanıblar.


Tədbirdə çıxış edən R. Sekuta ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlərin dinamikası və inkişaf perspektivləri məsələlərinə toxunub və qarşılıqlı iqtisadi tərəfdaşlığın sadəcə enerji sahəsində deyil, eyni zamanda, qeyri-neft sektorunda da perspektivlərindən, Azərbaycan iqtisadiyyatının diversifikasıyası üçün ABŞ yatırımlarının rolundan danışıb. Bununla yanaşı, diplomat "AmCham-Azerbaijan"ın iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinə və ölkədə biznes mühitinin yaxşılaşdırılmasına verdiyi töhfənin əhəmiyyətindən bəhs edib.

Son olaraq Palatanın prezidenti Nuran Kərimov iştirakçılara təşkilatın nizamnaməsinin dəyişdirilməsinə dair təkliflər barədə məlumat verib. Ciddi prosedur qaydalarına əsasən keçirilən səsvermədə Palataya daimi üzv şirkətlərin nümayəndələri iştirak edib və təklif olunan dəyişikliklər əksəriyyət tərəfindən qəbul olunaraq səs çoxluğu ilə təsdiq olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR