Bank Of Baku

Azərbaycanda bərk formalı dərman vasitələri istehsal edəcək ilk əczaçılıq zavodunun təməli qoyulub

Azərbaycanda bərk formalı dərman vasitələri istehsal edəcək ilk əczaçılıq zavodunun təməli qoyulub
# 13 iyul 2017 16:05 (UTC +04:00)

Bu gün dünyanın ən böyük əczaçılıq şirkətlərindən olan “Scandens Pharmaceuticals İndustries Ltd” tərəfindən Azərbaycanda bərk formalı dərman vasitələrini hazırlayacaq birinci əczaçılıq zavodunun təməlqoyma mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, təməlqoyma mərasimində iqtisadiyyat naziri Şahin Mustafayev də iştirak edib.

 

Mərasimdə bildirilib ki, yeni əczaçılıq zavodunun məhsulları Avropanın GMP standartlarına cavab verəcək ki, bu da öz növbəsində daxili tələbatı ödəmək üçün yüksək keyfiyyətli dərman vasitələrinin hazırlanmasına imkan yaradacaq. Zavod kardiologiya, nefrologiya, qastroenterologiya və diabet xəstələri üçün əczaçılıq məhsulları, o cümlədən Azərbaycan bazarı üçün mühüm olan digər dərman preparatlarını hazırlayacaq. Müəssisənin məhsullarının, həmçinin MDB və digər xarici ölkələrə ixracı da nəzərdə tutulur. Zavodun gücünün 200 mln. tablet, 40 mln. kapsul və 20 mln. ampula qədər artırılması planlaşdırılır. Zavod gələn ilin sonunda fəaliyyətə başlayacaq.

 

İlk 3 il ərzində müəssisədə istehsalat xarici menecer və texnoloqlar tərəfindən idarə ediləcək. Bu müddət ərzində yerli mütəxəssislər müstəqil iş rejimində işləməyə hazırlanacaqlar. Zavodda istehsalat prosesi yüksək texnologiyalar tətbiq edilməklə tam olaraq avtomatlaşdırılacaq. GMP qaydalarına uyğun olaraq istehsalat hər il əczaçılıq istehsalı üzrə beynəlxalq səviyyəli nüfuzlu ekspertlər tərəfindən yoxlanılacaq ki, bu da müəssisənin məhsullarının xarici bazarlara çıxışına yol açacaq.

 

Tikinti üçün layihə DCPL International şirkəti tərəfindən hazırlanıb.

 

Bu şirkət MDB ölkələri və ABŞ, eyni zamanda Avropa ölkələri daxil olmaqla, bütün dünyada əczaçılıq sənayesi üçün 400-dən çox layihə tərtib edib.

 

 “SunPharma” ilə imzalanmış Anlaşma Memorandumuna əsasən, bu dünya nəhənginin istehsal etdiyi preparatların Azərbaycanda ölkəmizdəki satışını eksklüziv olaraq “GünPharma” əczaçılıq şirkəti həyata keçirəcək.

 

Qeyd edək ki, “SunPharma” ABŞ-ın nüfuzlu “Forbes” dərgisinin reytinqinə  görə, 39 milyard dollarlıq kapitalla Hindistanın birinci, dünyanın isə beşinci genetik əczaçılıq şirkətidir.“SunPharma” şirkətinin məhsulları dünyanın 150 ölkəsinə ixrac olunur. Həmin əczaçılıq nəhənginin tərkibində 49 zavod fəaliyyət göstərir ki, bu müəssisələr planetin 5 qitəsini  əhatə edir. “SunPharma” ABŞ-ın  əczaçılıq bazarında 20 ildir fəaliyyət göstərir və oradakı illik ticarət dövriyyəsinin həcmi 2 milyard dollardan yuxarıdır. Həmin dünyaca məşhur aparıcı əczaçılıq şirkəti artıq Azərbaycan bazarına da daxil olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR