Bank Of Baku

Azərbaycanda bu günə qədər heyvandarlıq komplekslərinin yaradılmasına SKMF xətti ilə 91 mln. manat ayrılıb

Azərbaycanda bu günə qədər heyvandarlıq komplekslərinin yaradılmasına SKMF xətti ilə 91 mln. manat ayrılıb
# 24 aprel 2015 14:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Azərbaycanda bu günə qədər heyvandarlıq kompleksinin yaradılmasına ayrılan vəsaitin həcmini açıqlayıb.

 

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə, indiyədək SKMF tərəfindən ölkədə illik istehsal gücü 149,2 min ton süd və 2,1 min ton ət olan 23 850 başlıq 22 müasir heyvandarlıq kompleksinin yaradılmasına 91,3 mln. manat güzəştli kredit verilib.

 

Artıq illik istehsal gücü 113,1 min ton süd və 1,7 min ton ət olan 19 250 başlıq 16 heyvandarlıq kompleksi istifadəyə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR