Bakı - APA-Economics. "S. V Holding" MMC Vergilər Nazirliyində qeydiyyatdan keçib.
Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, MMC-nin qanuni təmsilçisi Nağıyev Famil Fazil oğludur.
Ötən ilin dekabrın 14-də qeydiyyata alınan holdinqin nizamnamə kapitalı 10 manatdır.