Bank Of Baku

Azərbaycanda dörd müəssisə “halal” sertifikatının alınması ilə bağlı müsbət rəy alıb

Azərbaycanda dörd müəssisə “halal” sertifikatının alınması ilə bağlı müsbət rəy alıb
# 01 aprel 2014 14:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gündən etibarən Azərbaycanda AZS 731-2012 (OİC/ SMİİC 1:2011) “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikatlaşdırılmayan, lakin üzərində “halal” sözü yazılmış məhsulların istehsalı və satışı qadağasının tətbiqinə başlanıb.

 

APA-Economics”in məlumatına görə, artıq bu gündən başlayaraq Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarət Xidməti tərəfindən bununla bağlı yoxlamalar aparılacaq.

 

“Halal” standartına uyğun məhsullar istehsal etməyən, bu standarta uyğun məhsullar istehsal etməyə şəraiti olmayan, standartın alınması ilə bağlı Komitəyə müraciət etməyən və üzərində əsassız olaraq “halal” sözü yazan şirkətlərə və istehsalçılara qarşı reydlər aparılır.

 

Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib ki, reydlər zamanı bu cür istehsalçıların məhsulları müəyyən edildikdə satışdan çıxarılacaq və həmin istehsalçılara qarşı inzibati qaydalara uyğun sərt təbdirlər görüləcək.

 

F.Talıblı deyib ki, bu günədək Azərbaycanda fəaliyyət göstərən cəmi 9 müəssisə Komitəyə “halal” standartının alınması ilə bağlı müraciət edib: “Artıq 4 belə müəssisəyə bu standarta uyğun məhsulların istehsal edilməsi üçün müsbət rəy verilib. Araşdırmalar əsasında müraciət edən 9 şirkətdən hansılar barədə müsbət qərar veriləcəksə, həmin şirkətlər halal sertifikatı alacaqlar. Sertifikat almayanlar məhsullarının üzərindən “halal” kəlməsini yığışdıracaq. “Halal” sertifikatı alacaq müəssisələrin adları yaxın günlərdə ictimaiyyətə açıqlanacaq”.

 

F.Talıblı xatırladıb ki, qurumun Sertifikatlaşdırma üzrə Komitəsinin əməkdaşları yerli şirkətlərin müraciətləri əsasında standartın tələblərinin müəssisələrdə icra vəziyyəti araşdırılır: “Bizim mütəxəssislərimiz həmin müəssisələrin məhsul istehsalı üçün xammal aldıqları Hindistana, Almaniyaya və digər ölkələrə ezam olunub. Onlar orada ətin kəsilməsi qaydası ilə tanış olublar. Hətta bununla bağlı foto və video çəkilişlər də edilib və bu çəkilişlər yaxın zamanlarda mətbuata təqdim olunacaq. Məhz bunun nəticəsində bu müəssisələrə “halal” standartına uyğun məhsulların istehsalı ilə bağlı müsbət rəylərin verilməsi fikirləri yaranıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR