Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 17,2 mlrd. manatlıq və ya keçən ilin 11 ayı ilə müqayisədə 9,7% çox əmtəə satılıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istehlak mallarının 51,7%-ni ərzaq, 48,3%-ni qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,0 faiz bəndi artıb.
Yanvar-noyabr aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilin eyni dövrünə nisbətən 1,6 dəfə artaraq 2,3 mln. manat təşkil edib. Əhali onlayn rejimi vasitəsi ilə sifariş verdiyi istehlak mallarının 83%-ni hüquqi, 17%-ni fiziki şəxslərin ticarət şəbəkələrindən alıb.
Elektron ticarət dövriyyəsinin 89,6%-ni qeyri-ərzaq malları təşkil edib.