Bakı. Vüsal Nəbiyev - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyi "Metalçılar-2" MMC-yə verilmiş lisenziyanı ləğv edib.
Bu barədə “APA-Economics”ə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, qeyd olunan şirkətə əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı fəaliyyət növünün həyata keçirilməsi üçün verilmiş xüsusi razılıq (lisenziya) ləğv edilib.