Bu ilin yanvar ayında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 3,6 mlrd. manat olmaqla 2017-ci ilin yanvar ayına nisbətən müqayisəli qiymətlərlə 2,2% artıb.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini real ifadədə 2,3% üstələyərək 3,5 mlrd. manata bərabər olub, onun 49,8%-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat ayında bir istehlakçı orta hesabla 371,1 manatlıq və ya 2017-ci ilin müvafiq ayının göstəricisi ilə müqayisədə 23,9 manat çox əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.