Bank Of Baku

Mənşəyi məlum olmayan quş ətinin satışı ilə məşğul olan ticarət obyektləri aşkarlanıb

Mənşəyi məlum olmayan quş ətinin satışı ilə məşğul olan ticarət obyektləri aşkarlanıb
# 13 iyun 2014 13:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən Bərdə, Tərtər, Beyləqan, Yevlax rayonlarında və Mingəçevir şəhərində yerləşən ərzaq mağazalarında dövlət nəzarəti tədbirləri həyata keçirilib.

 

Komitədən “APA-Economics”ə verilən məlumata görə, yoxlamalar nəticəsində Mingəçevirdə yerləşən “Cross” və “5+1”, Bərdədə yerləşən “Fədək” mağazalarında mənşəyi məlum olmayan quş ətlərinin satışının həyata keçirildiyi aşkar edilib.

 

Bununla bağlı mağaza sahiblərinə xəbərdarlıq edilib və məhsulların satışı dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR