Bank Of Baku

Azərbaycanda pərakəndə əmtəə dövriyyəsi 10% artıb

Azərbaycanda pərakəndə əmtəə dövriyyəsi 10% artıb
# 29 dekabr 2013 14:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə əmtəə dövriyyəsinin həcmi 17,2 mlrd. manat olmaqla əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,7% artıb.

 

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehlak mallarının 99,8%-i özəl təsərrüfat subyektlərində, o cümlədən 12%-i hüquqi şəxs statuslu özəl müəssisələrdə, 49,9%-i fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 37,9%-i əmtəə bazarlarında satılıb.

 

Özəl bölmə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi ötən ilin 11 ayının səviyyəsini 9,9% üstələyərək 17 189,9 mln. manat olub.

 

Pərakəndə əmtəə dövriyyəsi üzrə real artımın 6,1%-i hüquqi şəxslərin, 77,1%-i hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların ticarət subyektlərində, 16,8%-i isə əmtəə bazarlarında yaranıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR