Bank Of Baku

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2%-dən çox artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2%-dən çox artıb
# 18 iyun 2018 12:24 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,4% artaraq 13,7 mlrd. manat olub.

 

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı orta hesabla ayda 279,7 manatlıq və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,5 manat çox əmtəə alıb.

 

Bu ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2017-ci ilin eyni dövrünün səviyyəsini real ifadədə 1,8% üstələyərək 6858,7 mln. manata çatıb. Ticarət dövriyyəsi 6839,0 mln. manat təşkil edən qeyri-ərzaq məhsullarının satışı isə 2017-ci ilin yanvar-may ayları ilə müqayisədə 3% çox olub.

 

Hesabat dövründə bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 140,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 139,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.

 

Bu ilin yanvar-may aylarında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 45,2%-i ərzaq məhsullarının, 4,9%-i içkilər və tütün məmulatlarının, 18%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2%-i elektrik malları və mebellərin, 5,8%-i avtomobil yanacağının, 1,3%-ii əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR