Bank Of Baku

Azərbaycanda investisiya təşviqi sənədinin forması təsdiqlənib

Azərbaycanda investisiya təşviqi sənədinin forması təsdiqlənib
# 04 mart 2016 15:38 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda sahibkarlara 7 illik güzəşt təmin edəcək investisiya təşviqi sənədinin forması və həmin sənədi almaq üçün ərizə formaları təsdiqlənib.

 

APA-nın məlumatına görə, İqtisadiyyat Nazirliyinin Kollegiyası bununla bağlı müvafiq qərar verib.

 

Qərar bu aydan qüvvədədir.

 

Qeyd edək ki, “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2016-cı il 19 yanvar tarixli qanuna edilmiş əlavələrə görə, investisiya təşviqi sənədini almış fərdi sahibkar həmin sənədi aldığı tarixdən 7 il müddətində əldə etdiyi gəlirin, eləcə də mənfəətin 50 faizi həcmində vergi güzəşti əldə edir. Bundan başqa, qanuna edilmiş əlavələrə əsasən, investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı, eləcə də 2016-cı il yanvarın 1-dən 1 il müddətinə buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı ƏDV-dən azaddır. 

 

Qanuna edilən digər əlavəyə görə, investisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən müvafiq əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddır. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR