Bank Of Baku

Tikinti sektorunda işçilərin qeyri-rəsmi işlədilməsinin qarşısını alacaq qurumun vəzifələri müəyyənləşdirilib

Tikinti sektorunda işçilərin qeyri-rəsmi işlədilməsinin qarşısını alacaq qurumun vəzifələri müəyyənləşdirilib
# 23 iyun 2017 10:05 (UTC +04:00)

Azərbaycanda tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinqlər həyata keçirəcək qurumun vəzifələri müəyyənləşdirilib.

 

APA-nın məlumatına görə, bu, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin qərarı ilə təsdiqlənən və bu aydan qüvvəyə minmiş Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi haqqında Əsasnamədə əksini tapıb.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi Agentliyin Aparatının struktur bölməsi - şöbəsidir. Mərkəzin tərkibində Əmək münasibətləri sektoru, Operativ nəzarət sektoru, Analitik təhlil və statistika sektoru və Səyyar monitorinq qrupu sektoru fəaliyyət göstərir. Mərkəzin fəaliyyət istiqamətlərinə tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinqlər həyata keçirmək, əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi ilə bağlı tədbirlər görmək və bu sahədə monitorinqlərin təşkilində müasir innovasiyalardan istifadə etmək, tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı tikinti fəaliyyəti subyektlərinə metodiki köməklik göstərmək, məsləhətlər və izahatlar vermək daxildir.

 

Mərkəzin ümumi vəzifələri aşağıdakılardır:

 

- tikilməkdə olan çoxmənzilli yaşayış binalarının (bundan sonra – tikinti obyektləri) və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestrini aparmaq;

- tikinti obyektlərində quraşdırılan kameralar vasitəsilə müşahidələr aparmaq;

- tikinti obyektlərində işçilərin eyniləşdirilməsini həyata keçirən analitik tanıma sistemini yaratmaq və idarə etmək;

-  Vergilər Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində həyata keçirdikləri tədbirlərə dair hesabatlarını və zəruri olan digər materiallarını müqayisəli təhlil etmək;

- müşahidə kameraları, analitik tanıma sistemi və elektron reyestrlər vasitəsilə əldə edilən məlumatların və aidiyyəti orqanların hesabatlarının təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələr yarandıqda, bu halların yerində araşdırılması üçün tikinti obyektlərində səyyar monitorinqlər həyata keçirmək;

- aşkar edilmiş faktları sənədləşdirilmək, aktlar, protokollar tərtib etmək, inzibati məsuliyyət tədbirlərinin tətbiq edilməsi və ya təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün sənədləri aidiyyəti dövlət orqanına göndərmək;

- fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərin və sorğuların qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək, şəxslərin qəbulunu həyata keçirmək;

- tikinti fəaliyyəti subyektlərinə metodiki köməklik göstərmək, yazılı və şifahi şəkildə izahatlar, məsləhətlər vermək;

- monitorinqlərin aparılması ilə bağlı illik hesabatları rəsmi internet saytında açıqlamaq;

- monitorinqlərin aparılması ilə bağlı məlumatların elektron uçotunu aparmaq;

- sahə üzrə qanunvericiliyin və onun tətbiqinin təkmilləşdirilməsi, həmçinin dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsi üzrə təkliflər hazırlamaq və icrasında iştirak etmək;

- Agentliyin sədrinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;

- Agentliyin sədri tərəfindən Mərkəzə tapşırılmış digər vəzifələri yerinə yetirmək.

 

Mərkəzin hüquqlarına tikinti obyektlərində kameraların quraşdırılması və daima işlək vəziyyətdə olmasını tələb etmək, qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində aidiyyəti orqanların həyata keçirdikləri tədbirlərə dair hesabatları və zəruri olan digər materialları tələb etmək və onları almaq, tikinti obyektlərində qeyri-rəsmi əmək münasibətləri ilə bağlı baş vermiş pozuntu hallarının obyektiv, hərtərəfli araşdırılması üçün məlumatlar (sənədlər) barədə sorğular vermək və belə məlumatları (sənədləri) almaq, yazılı izahat almaq, sənədlərlə tanış olmaq, tikinti obyektlərində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması üçün müasir innovasiyalardan istifadə etmək, monitorinqin aparılması prosesində monitorinqə aid sənədləri sahibkarlardan tələb etmək və monitorinq zamanı yaranan suallara dair şifahi və (və ya) yazılı izahatlar almaq, monitorinq tədbirlərinin tam görülməsi üçün və müvafiq faktiki məlumatın monitorinq edilən sahibkar tərəfindən təqdim olunan sənədlərdə olan məlumatla uyğunluğunu müəyyən etmək məqsədi ilə monitorinq edilən sahibkarın fəaliyyəti üçün istifadə etdiyi əraziyə (yaşayış sahəsi istisna olmaqla) və tikinti obyektlərinə baxış keçirmək, aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı təkliflər vermək, tikinti obyektlərində aparılmış monitorinq, aşkar edilmiş pozuntu halları, görülmüş tədbirlər, aidiyyəti dövlət orqanlarından daxil olan hesabatlar və digər əlaqəli məlumatlar üzrə statistik hesabatlar hazırlamaq, monitorinqin aparılması üçün qanunvericiliklə müəyyən edilmiş vəsait, avadanlıq və nəqliyyat vasitələri ilə təmin olunmaq, fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübəni öyrənmək və uyğun təcrübənin tətbiqi ilə bağlı təkliflər vermək, vəzifələrinin yerinə yetirilməsi üçün informasiyanın (sənədlərin) dövlət və yerli özünüidarəetmə orqanlarından, tikinti fəaliyyəti subyektlərindən alınması ilə bağlı sorğuların verilməsini təklif etmək və onlardan həmin məlumatları almaq, fəaliyyət istiqamətləri üzrə hüquqi aktların ilkin layihələrini hazırlamaq və ya hazırlanmış layihələrə dair rəy və təkliflər vermək daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR