Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Azenco” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
“APA-Economics”in verdiyi xəbərə görə, yığıncaq iyunun 30-da baş tutacaq.
Yığıncağın gündəliyinə cəmiyyətin idarə heyətinin illik hesabatı, hesabatın (balansın) təsdiqi, müşahidə şurasının hesabatı, maliyyə-təftiş komissiyasının hesabatı, cəmiyyətin strukturunun təsdiq edilməsi, nizamnaməyə dəyişiklik, maliyyə nəticələrinin müzakirəsi daxildir.
Bundan başqa, toplantıda cəmiyyətin idarə heyətinin, müşahidə şurasının və maliyyə-təftiş komissiyasının yeni tərkibi seçiləcək.