Bank Of Baku

Azərbaycanın iri mebel istehsalçısı dövlət büdcəsinə ödənişlərinin həcmini açıqlayıb

Azərbaycanın iri mebel istehsalçısı dövlət büdcəsinə ödənişlərinin həcmini açıqlayıb
# 28 yanvar 2016 12:54 (UTC +04:00)

Bakı - APA-Economics. "Embawood" şirkətinin yaradılmasına və inkişaf etdirilməsinə 80 milyon manat investisiya qoyulub.

 

"APA-Economics" xəbər verir ki, bu barədə "Embawood" MMC-nin baş direktoru Elşad Abbasov bildirib.

 

Baş direktorun sözlərinə görə, şirkətə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 3,2 milyon manat güzəştli kredit verilib: "Bu maliyyə dəstəyi müəssisəmizdə yeni avadanlıqların və müasir texnologiyanın tətbiqinə imkan yaradıb, istehsal gücünü və rəqabətqabiliyyətliliyi artırıb, daha keyfiyyətli məhsul istehsal etməyimizə səbəb olub".

 

O əlavə edib ki, bu gün şirkətimizdə 2 000-dək işçi çalışır.

 

"Təkcə son 3 ildə müəssisəmiz tərəfindən dövlət büdcəsinə 25 milyon manat məbləğində vergilər və sosial ödənişlər həyata keçirilib", - deyə E. Abbasov bildirib.

 

Onun sözlərinə görə, hazırda şirkətin Azərbaycanda 135 mağazası fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR