Bank Of Baku

Azərbaycanın ixrac missiyası Ciddəyə gedəcək

Azərbaycanın ixrac missiyası Ciddəyə gedəcək
# 04 dekabr 2017 09:41 (UTC +04:00)

"Made in Azerbaijan" brendinin təşviqi məqsədilə növbəti ixrac missiyası dekabrın 6-8-də Səudiyyə Ərəbistanın Ciddə şəhərində olacaq.

 

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nazirlik tərəfindən təşkil edilən ixrac missiyasına müsabiqə əsasında seçilmiş və meyvə şirələri, quru meyvə, konservləşdirilmiş məhsullar, bal, çay, ət və süd məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən 13 şirkət daxildir.

 

İxrac missiyası çərçivəsində Azərbaycan sahibkarları Səudiyyə Ərəbistanının iri market şəbəkələrində olacaq, ərəb şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR