Bank Of Baku

Azərbaycanın ixrac missiyasının Dubaya səfəri başa çatıb

Azərbaycanın ixrac missiyasının Dubaya səfəri başa çatıb
# 02 dekabr 2016 13:14 (UTC +04:00)

Azərbaycanın ixrac missiyasının Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Dubay şəhərinə səfəri başa çatıb.


İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, 27-30 noyabr tarixlərini əhatə edən səfər qurum tərəfindən təşkil olunub və ixrac missiyasının xərcləri dövlət tərəfindən qarşılanıb.
 

İxrac missiyasında meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, ət və ət məhsulları, bal, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkətin nümayəndəsi iştirak edib.
 

Səfər zamanı Azərbaycan iş adamları “Carrefour”, “Spinneys”, “Union Co-op” kimi iri marketlər şəbəkələrində və “Al Aweer” meyvə-tərəvəz mərkəzində olub, BƏƏ şirkətləri ilə ikitərəfli görüşlər keçiriblər. Görüşlərdə Azərbaycan məhsullarının Dubayın iri marketlər şəbəkələrində satışı, distributorluq, yerli məhsulların BƏƏ-yə ixracı və s. məsələlər barədə müzakirələr aparılıb. Dubay tərəfi Azərbaycanın kənd təsərrüfatı məhsullarına maraq göstərib, nümunələrin göndərilməsi barədə sifariş veriblər. Bundan başqa, BƏƏ-də akreditə olunmuş və məhsulların BƏƏ tələblərinə uyğun olaraq halal məhsul qismində tanınmasını təmin edən sertifikasiya təşkilatının nümayəndələri əməkdaşlıq üçün ölkəmizə dəvət edilib.

 

Məlumat üçün bildirək ki, 2017-ci ildə Dubayda keçiriləcək “Gulfood” Ərzaq Sərgisində Azərbaycan vahid stendlə təmsil olunacaqdır.

 

Qeyd edək ki, Azərbaycanın ixrac missiyalarının müxtəlif ölkələrə səfəri “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə həyata keçirilir. İndiyədək Çin və BƏƏ olmaqla iki ölkəyə Azərbaycanın ixrac missiyası göndərilib və bu, davam etdiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR