Bank Of Baku

Azərbaycanın növbəti ixrac missiyası Macarıstana təşkil olunacaq

Azərbaycanın növbəti ixrac missiyası Macarıstana təşkil olunacaq
# 26 sentyabr 2017 10:49 (UTC +04:00)

"Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ixrac missiyası oktyabrın 1-4-də Macarıstana təşkil olunacaq.

 

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan şirkətlərinin təmsilçiləri Macarıstan şirkətlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək, ixracın təşkili məsələlərini müzakirə edəcək və iri marketlər şəbəkələrində olacaqlar.

 

Qeyd edək ki, Macarıstanın Budapeşt şəhərinə təşkil olunan ixrac missiyasına müsabiqə əsasında seçilmiş və Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, şərab və digər spirtli içkilər, bal, çay, fındıq, tekstil və mebel istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkət daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR