Bank Of Baku

Azərbaycanla Rusiya sahibkarları əməkdaşlığı genişləndirir

Azərbaycanla Rusiya sahibkarları əməkdaşlığı genişləndirir
# 04 iyun 2014 10:35 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bakıda Azərbaycan-Rusiya iş adamlarının iştirakı ilə forum keçirilir.

 

APA-Economics”in xəbər verir ki, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, qida, energetika, tikinti,  sənaye, kosmik və başqa sahələrdə fəaliyyət göstərən 70-dən artıq iş adamı iştirak edir. Forumda Udmurtiyanın İxraca Dəstək Mərkəzinin rəhbəri Valeriya Antonenko, Kaluqa vilayətinin İxracyönümlü Kiçik və Orta biznes subyektlərinə dəstəyin Koordinasiyası Mərkəzinin rəhbəri Valentina Maltseva çıxış edərək, ölkələrinin biznes mühiti və investisiya imkanlarına dair təqdimatla çıxış ediblər.

 

“Avanqard” MMC tikinti istehsalat şirkətinin region üzrə meneceri Yevgeni Orlov idman qurğularının tamaşaçı arenalarının tikintisi, avadanlıqla təchiz olunması sahəsində Azərbaycan şirkətləri ilə əməkdaşlıq edə biləcəyini bildirib.  MMC xüsusilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan “Formula-1” yarışları ilə əlaqədar öz marağını ifadə edib.

 

“Rosmetal” MMC-nin direktoru Sergey Ponomarev isə təqdimat zamanı bildirib ki, bu ilin beş ayında şirkət tərəfindən Azərbaycana 1600 polad boruları ixrac olunub. S. Ponomarev bu əməkdaşlığın daha da genişləndiriləcəyinə ümid etdiyini bildirib.

 

Qeyd edək ki, Rusiyanın Udmurtiya respublikası və Kaluqa vilayətinin biznes şirkətləri biznes forum çərçivəsində neft qazma avadanlıqların istehsalı və təchizatı, neft istehsalı  və daşınması üçün kimyəvi reagentlərin istehsalı, qida sənayesi, mebel zavodları, taxta-şalbanların istehsalı, idman məqsədli və idman-ovçu tüfəngləri, metalkəsici dəzgahla, kosmik-raket texnikası, tibbi texnika və digər sahələrdə Azərbaycanla əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR