Bank Of Baku

Azərbaycanlı investorlar Dağıstanda dörd kompleks tikir

Azərbaycanlı investorlar Dağıstanda dörd kompleks tikir
# 06 dekabr 2016 08:40 (UTC +04:00)

Dağıstanda Azərbaycandan olan investorların iştirakı ilə dörd layihə reallaşdırılacaq. "APA-Economics" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Dağıstanın Sahibkarlıq və İnvestisiyalar üzrə Agentliyinin rəhbəri Bəşir Maqomedov bildirib.


"Biz azərbaycanlı investorların iştirakı və kapitalı ilə həyata keçiriləcək dörd iri layihəyə başlamışıq və artıq razılaşmalar imzalanıb", - deyə o bildirib.

B. Maqomedov bildirib ki, bu layihələrdən biri ümumi dəyəri təxminən 2 mlrd. rubl təşkil edən "Yuqaqroholdinq" şirkətinin iri istilik kompleksinin tikintisidir: "Artıq 5,5 ha ərazisi olan istixana kompleksinin tikintisi başa çatır. İşlər bu il yekunlaşmalıdır. Bundan başqa, kompleksə metal konstruksiyalar və sendviç-panellərin istehsalı üzrə zavodlar da daxil ediləcək".

B. Maqomedov bildirib ki, həmçinin Dağıstanın "Urojay" fermer təsərrüfatı ilə Azərbaycan şirkəti arasında ümumi dəyəri 300 mln. rubl olan istilik kompleksinin tikintisi ilə bağlı razılaşma imzalanıb.

Onun sözlərinə görə, azərbaycanlı investorlar daha bir istilik kompleksinin və istixanalar üçün metal konstruksiyalar zavodunun tikintisini həyata keçirməyi planlaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR