Bakı. Yeganə Laçınzadə - APA-Economics. Tərəvəz məhsullarının saxlanması və onların Rusiyanın digər regionlarına göndərilməsi üçün Azərbaycanın köməyi ilə Dağıstanda logistik mərkəzin yaradılacağı planlaşdırılır.
“APA-Economics”in Rusiyanın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Dağıstanın rəhbəri Ramazan Abdullatipov məlumat verib.
Onun sözlərinə görə, logistik mərkəz respublikanın cənub hissəsində tikiləcək.