Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Cənubi Koreyada XII Beynəlxalq Ferment Qida Sərgisi təşkil olunacaq.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, sərgi oktyabrın 23-27-də Ceoncu şəhərində baş tutacaq.
Məlumata görə, sərgidə Cənubi Koreyanın və 20 xarici ölkələrin 335 şirkətinin 400-dən çox köşklə qatılacağı gözlənilir. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur.
Sərgidə iştirakda maraqlı olan iş adamları Azpromo-ya müraciət edə bilər.