Bank Of Baku

Azərbaycanlı iş adamları Hindistanda keçiriləcək sərgiyə dəvət olunur

Azərbaycanlı iş adamları Hindistanda keçiriləcək sərgiyə dəvət olunur
# 02 iyul 2014 08:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Hindistanda qida məhsullarının emalı, kənd təsərrüfatı biznesi və süd məhsullarına dair VI beynəlxalq sərgi və sammit təşkil olunacaq.

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, sərgi və sammit sentyabrın 30-da Əhmədabad şəhərində keçiriləcək.

 

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirlərdə iştiraka dəvət olunur. Sərgidə iştirak etmək istəyən azərbaycanlı sahibkarlar Hindistanın Azərbaycandakı səfirliyinə müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR