Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanlı sahibkarlar Bəhreyn Krallığında keçiriləcək I Beynəlxalq Sahibkarlar İnvestisiya Forumuna dəvət alıblar.
Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, forum aprelin 21-24-də Krallığının paytaxtı Manama şəhərində baş tutacaq.
Tədbirdə iştirak etməkdə maraqlı olan azərbaycanlı sahibkarlar və iş adamları Birləşmiş Millətlər Təşkilatının Sənaye inkişaf şöbəsinin Bəhreyn Krallığına və ya Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edə bilərlər.