Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Hindistanda beynəlxalq yol və nəqliyyat sərgisi təşkil olunacaq.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, sərgi sentyabrın 17-19-da Nyu Dehli şəhərində baş tutacaq.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur. Sərgidə iştirak etmək istəyən azərbaycanlı sahibkarlar Hindistanın Azərbaycandakı səfirliyinə müraciət edə bilərlər.