Bank Of Baku

Azərbaycanlı sahibkarlar Ruandada keçiriləcək Ümumdünya İxracın İnkişafı Forumuna dəvət alıb

Azərbaycanlı sahibkarlar Ruandada keçiriləcək Ümumdünya İxracın İnkişafı Forumuna dəvət alıb
# 04 iyul 2014 09:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ruandada XIV Ümumdünya İxracın İnkişafı Forumu keçiriləcək.

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, forum sentyabrın 16-17-da Kiqali şəhərində baş tutacaq.

 

Tədbirdə dövlət, özəl sektor və ticarətin təşviqi təşkilatlarından 400-dən artıq nümayəndənin iştirakı gözlənilir. Forumun əsas mövzusu “Kiçik və orta sahibkarlıq. Ticarət vasitəsi ilə məşğulluğun yaradılması” olacaq.

 

Tədbirin təşkilatçısı Ümumdünya Ticarət Təşkilatının və Birləşmiş Millətlər Təşkilatının birgə agentliyi olan Beynəlxalq Ticarət Mərkəzidir (İTC).

 

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur. Forumda iştirak etməkdə maraqlı olan şəxslər Azpromo-ya müraciət edə bilərlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR