Bank Of Baku

AZPROMO ilə CAR-ın Azərbaycandakı səfirliyi arasında anlaşma memorandumu imzalanıb

AZPROMO ilə CAR-ın Azərbaycandakı səfirliyi arasında anlaşma memorandumu imzalanıb
# 28 fevral 2018 13:35 (UTC +04:00)

Bu gün Bakıda Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Cənubi Afrika Respublikasının (CAR) Türkiyə və Azərbaycandakı səfiri Pule İsaak Malefanenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan və CAR arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsinə, potensial əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

 

50-ə yaxın Azərbaycan sahibkarının iştirak etdiyi görüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması, özəl sektorun inkişafının stimullaşdırılması, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi istiqamətində görülən tədbirlər barədə məlumat verib.

 

CAR-ın Türkiyə və Azərbaycandakı səfiri Pule İsaak Malefane ölkələrimiz arasındakı əlaqələr, CAR-ın iqtisadiyyatı, əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb. Tədbir çərçivəsində Cənubi Afrikanın investisiya və biznes imkanlarına dair video-çarx nümayiş olunub, CAR-ın iqtisadi potensialı azərbaycanlı sahibkarların diqqətinə çatdırılıb.

 

Sonra AZPROMO ilə CAR-ın Türkiyədə və Azərbaycandakı Səfirliyi arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb, iş adamlarının sualları cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR