Bakıda “Kiçik sahibkarlığa dəstək” sərgi-satış yarmarkası keçiriləcək.
İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, fevralın 27-də saat 12:00-dan 20:00-dək Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə kiçik sahibkarların məhsul və xidmətlərinin sərgi-satış yarmarkası keçiriləcək.
Yarmarkada kiçik sahibkarların əl işləri (suvenirlər, oyuncaqlar, ağacdan oymalar), bal məhsulları, müxtəlif növ qablaşdırma məhsulları və s. nümayiş olunacaq və satışı həyata keçiriləcək.