Bank Of Baku

Bakıda Azərbaycan-Avstriya işgüzar görüşü keçiriləcək

Bakıda Azərbaycan-Avstriya işgüzar görüşü keçiriləcək
# 15 oktyabr 2015 14:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakıda Azərbaycan-Avstriya işgüzar görüşü keçiriləcək.

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, oktyabrın 19-da Vyana İqtisadiyyat Palatasının rəhbəri Valter Rukun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir.

 

Səfər çərçivəsində Azpromo və Avstriya Ticarət Palatasının birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-Avstriya işgüzar görüşü baş tutacaq.

 

İşgüzar görüşə Avstriyanın tikinti, əczaçılıq, turizm, logistika, tibbi avadanlıqların istehsalı, kənd təsərrüfatı, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 16 şirkətinin qatılacağı gözlənilir.

 

Azərbaycanlı iş adamları və sahibkarlar tədbirdə iştirak etməyə dəvət olunur. İşgüzar görüşdə iştirakda maraqlı olanlar Azpromo-ya müraciət edə bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR