Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakıda Azərbaycan-Belçika biznes forumu keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, aprelin 30-da Belçika Krallığının xarici ticarət üzrə dövlət katibi Pieter De Kremnin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə Bakı şəhərində Azərbaycan-Belçika biznes forumunun keçirilməsi nəzərdə tutulur.
Biznes forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 40-a yaxın Belçika şirkətinin iştirakı nəzərdə tutulur.