Bakıda Azərbaycan-Estoniya biznes forumu keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, biznes forum aprelin 7-də Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının 3-cü iclası çərçivəsində baş tutacaq.
Biznes forum İqtisadiyyat Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə baş tutacaq.
Biznes forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən Estoniya şirkətlərinin iştirakı nəzərdə tutulur.