"Caspian European Club" və "Caspian American Club" iyulun 5-də "Hyatt Regency Baku" hotelində fəxri qonaq qismində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadənin iştirak edəcəyi beşinci "CEO Lunch" təşkil edəcək.
"APA-Economics" xəbər verir ki, tədbirə həmçinin Dövlət Miqrasiya Xidmətinin, Vergilər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin və digər dövlət qurumlarının rəhbərliyinin nümayəndələri qatılacaqlar.
"Caspian European Club" və "Caspian American Club"un sədrinin birinci müavini, baş icraçı direktoru Telman Əliyev bildirib ki, "CEO Lunch" "networking"in aparıcı vasitəsi olan şirkət rəhbərlərinin qeyri-rəsmi şəraitdə ünsiyyətinə imkan yaratmaq və yeni əlaqələr qurmaq məqsədilə təşkil olunur.
T.Əliyev onu da xatırladıb ki, "Caspian European Club" və "Caspian American Club" Bakıda hər ayın üçüncü çərşənbə günü CEİBC şirkətlərinin top-menecerlərinin iştirakı ilə "CEO Lunch" təşkil edir.