Bank Of Baku

Bakıda daha bir Azərbaycan-Rusiya biznes forumu keçiriləcək

Bakıda daha bir Azərbaycan-Rusiya biznes forumu keçiriləcək
# 27 mart 2014 10:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Gələn ay Bakıda daha bir Azərbaycan-Rusiya biznes forumu keçiriləcək.

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, aprelin 3-də Rusiyanın Stavropol diyarının qubernator vəzifəsini icra edən Vladimir Vladimirovun rəhbərliyik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Rusiya biznes forumu baş tutacaq.

 

Biznes forumda kənd təsərrüfatı, qida, sənaye, tikinti, təhsil, səhiyyə, turizm və digər sahələri təmsil edən Stavropol diyarının şirkətləri iştirak edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR