Bank Of Baku

Bakıda ətraf mühit və əməyin mühafizəsinin idarəetmə sistemləri standartlarına dair təlim keçiriləcək

Bakıda ətraf mühit və əməyin mühafizəsinin idarəetmə sistemləri standartlarına dair təlim keçiriləcək
# 26 fevral 2014 10:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) «Ətraf mühitin idarəetmə sistemi» və «Əməyin mühafizəsinin idarəetmə sistemi» standartlarının ümumi tələblərinin öyrənilməsi mövzularında təlim keçirəcək.

 

Komitədən «APA-Economics»ə verilən məlumata görə, istehsal və xidmət sahələrində insan sağlamlığı, həyatının və ətraf mühitin qorunmasında tətbiq olunan tələblər «Keyfiyyəti idarəetmə sistemi» (ISO 9001:2008), «Ətraf mühitin idarəetmə sistemi» (ISO 14001:2004), «Əməyin mühafizəsinin idarəetmə sistemi» (OHSAS 18001:2007), «Qida təhlükəsizliyi idarəetmə sistemi» (ISO 22000:2005) standartları tərəfindən müəyyən edilir.

 

Bu standartların ölkədə tətbiqi imkanlarının artırılması məqsədilə AzTEST tərəfindən «Ətraf mühitin idarəetmə sistemi» və «Əməyin mühafizəsinin idarəetmə sistemi» standartlarının ümumi tələblərinin öyrənilməsi mövzusunda təlimin keçirilməsi planlaşdırılır. Xarici mütəxəssislər tərəfindən aparılacaq və 6 gün davam edəcək təlimlərin keçirilmə tarixi haqqında əlavə məlumat veriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR