Bank Of Baku

Bakıda sahibkarlar üçün treninq keçirilib

Bakıda sahibkarlar üçün treninq keçirilib
# 20 dekabr 2013 14:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə sahibkarlar və gənc menecerlər üçün treninq keçirilib.

 

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, treninq "Korporativ idarəetmə", "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında olub.

 

Tədbirdə iştirakçılara Azərbaycanın korporativ idarəetmə standartları, korporativ idarəetmənin mahiyyəti, məzmunu, prinsip və metodları, korporativ idarəetmənin şəffaflığın artırılmasında rolu, Müşahidə Şurasının və səhmdarların hüquq və vəzifələri, onlar arasında qarşılıqlı münasibətlərin yaradılması qaydaları və s. barədə ətraflı məlumat verilib.

 

Avropa Birliyinə ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, ixrac bazarlarının təsnifatı və strukturu, güzəştli ixrac şərtləri, ixracın stimullaşdırılması və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb, "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları" mövzusunda təqdimat da keçirilib.

 

Bununla yanaşı, tədbir iştirakçılarına İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən "İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi" və s. barədə ətraflı məlumat verilib.

 

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR