Bank Of Baku

Bakının Binəqədi rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

Bakının Binəqədi rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
# 03 dekabr 2013 12:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakının Binəqədi rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

 

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, SKMF tərəfindən Binəqədi rayonu üzrə sahibkarlıq subyektlərindən müasir tikinti konstruksiyalarının istehsalı müəssisəsinin yaradılması, müasir ət kəsimi müəssisəsinin yaradılması və kiçik və orta həcmli istixana təsərrüfatlarının, çörək istehsalı və tikişçilik müəssisələrinin yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

 

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR