Bank Of Baku

Bərdə sahibkarlarından investisiya layihələrinin qəbuluna başlanılır

Bərdə sahibkarlarından investisiya layihələrinin qəbuluna başlanılır
# 30 oktyabr 2017 10:14 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bərdə rayonunun Zümürxan kəndində işgüzar forum keçirib.


Fonddan "APA-Economics"ə verilən məlumata görə, forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Bərdə rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

 

- aqroparkın, intensiv bağçılıq və cins heyvandarlıq təsərrüfatlarının yaradılması;

 

- meyvə-tərəvəz emalı müəssisəsinin yaradılması;

 

- ixtisaslaşdırılmış "yaşıl market"in və otelin yaradılması.

 

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR