Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, audit zamanı Fondda səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, o cümlədən maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə Azərbaycanın qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil edilib.
PwC beynəlxalq audit şirkəti tərəfindən verilmiş rəyə əsasən, SKMF 2013-cü il üzrə maliyyə fəaliyyəti müsbət qiymətləndirilib, maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq aparıldığı müəyyən edilib.