Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Sahibkarlığa Kömək Milli Fondu (
İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, 100-ə yaxın sahibkarın iştirak etdiyi tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 28 sahibkarlıq subyektinə 591 min manat güzəştli kredit verilib. Bu layihələrin reallaşması 90-dan çox yeni iş yerinin yaradılmasına imkan verəcək. Verilmiş kreditlər əsasən, heyvandarlıq, plastik qapı-pəncərə, mebel, çörək istehsalı və s. sahələrin inkişafına yönəldiləcək.
Tədbirdə iştirak edən sahibkarlarla Binəqədi rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb, onlara müasir tikinti konstruksiyaları, ət kəsimi, tikişçilik və çörək istehsalı müəssisələrinin, kiçik həcmli istixana təsərrüfatlarının yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim edilib.
SKMF-in icraçı direktoru Şirzad Abdullayev Bakı şəhəri və onun qəsəbələrində dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilən layihələr, sahibkarların maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. O diqqətə çatdırıb ki, Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının (2011-2013-cü illər) təsdiqindən ötən dövr ərzində Fond tərəfindən Bakı şəhəri, ətraf kənd və qəsəbələrdə 644 investisiya layihəsinin maliyyələşdirilməsinə 146,8 mln. manat güzəştli kredit verilib. «Bu kreditlər 5 100-dən çox yeni iş yerinin yaradılmasına imkan yaradır. Fond tərəfindən mütəmadi olaraq, sahibkarların maarifləndirilməsi tədbirləri də keçirilir. İndiyədək Fond tərəfindən Bakıətrafı qəsəbələrdə təşkil edilmiş treninqlərdə 5 minə yaxın sahibkar iştirak edib», - deyə SKMF başçısı bildirib.
Tədbir çərçivəsində həmçinin, M.Rəsulzadə qəsəbəsində dövlətin güzəştli krediti ayrılmış ildə 16,9 min ton çörək istehsal etmək gücünə malik olan müasir çörək zavodunun fəaliyyətinə baxış keçirilib.