Bank Of Baku

Böyük Britaniyanın enerji məsələləri üzrə naziri: “Azərbaycanda biznesin inkişafı üçün bütün imkanlar və perspektivlər var"

Böyük Britaniyanın enerji məsələləri üzrə naziri: “Azərbaycanda biznesin inkişafı üçün bütün imkanlar və perspektivlər var"
# 10 iyul 2014 10:36 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Böyük Britaniyanın Bakıda səfərdə olan enerji məsələləri üzrə naziri Mayk Fallon deyib.


M.Fallon qeyd edib ki, Azərbaycana sərmayə yatırmış Böyük Britaniya şirkətlərinin normal fəaliyyət göstərməsi üçün yaxşı işgüzar şərait var: “Britaniyalı iş adamları burdakı fəaliyyətlərindən məmnundurlar. Azərbaycanda biznesin inkişafı üçün bütün imkanlar və perspektivlər var. Mən elə bir ciddi narazılığa və şikayətə rast gəlmədim. Əksinə, iş adamlarımız burda öz bizneslərini daha da inkişaf etdirmək və daha çox sərmayə yatırmaq arzusundadırlar”.


Britaniyalı nazir əlavə edib ki, onun səfəri, keçirəcəyi görüşlər də bu istiqamətdə əməkdaşlığın və əlaqələrin genişlənməsinə hesablanıb: “İş adamlarımızın Azərbaycana sərmayə qoymasını və qanunlar çərçivəsində bu ölkənin iqtisadi inkişafına dəstək göstərməsini prioritet məsələlərdən hesab edirik. Yalnız enerji sektorunda yox, digər sahələrdə də qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR