Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanda müəssisə və təşkilatların sayı artmaqda davam edib və qeydiyyata alınmış 2 388 hüquqi şəxsin 38-i dövlət mülkiyyətinə, 2181-i xüsusi mülkiyyətə aid olub.
“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ümumi qeydiyyata alınmışlardan 130-u tam xarici investisiyalı, 39-u isə birgə müəssisələrdir.
Yeni müəssisələrin 47,2%-i Bakıda, 11,5%-i Aran, 11,4%-i Lənkəran, 8,1%-i Quba-Xaçmaz iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.
Azərbaycan Vergilər Nazirliyinin məlumatına əsasən, bu ilin yanvar-mart aylarında 19 865 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydiyyata alınıb.