Bank Of Baku

Bu il əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2%-dən çox artıb

Bu il əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2%-dən çox artıb
# 18 iyun 2018 08:33 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,4% artaraq 3175,5 mln. manat olub.

 

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 2325,4 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,2%-ni təşkil edib.

 

Bu ilin yanvar-may aylarında hər bir ölkə sakini orta hesabla 324,2 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 13,2 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR