Bank Of Baku

Bu il ərzində Azərbaycanda 11,2 mlrd. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb

Bu il ərzində Azərbaycanda 11,2 mlrd. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb
# 15 dekabr 2015 10:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçılara 22,4 mlrd. manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,1% çox məhsul satılıb.

 

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın həcmi 9,6% artaraq 11 185,2 mln. manata, qeyri-ərzaq məhsulları üzrə isə 13,5% artaraq 11 249,4 mln. manata bərabər olub.

 

Bu ilin 11 elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2 dəfə artaraq 11,5 mln. manat təşkil edib. Elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 91,6%-i hüquqi şəxslərdən, 8,4%-i isə fərdi sahibkarlardan alınıb. Elektron ticarət dövriyyəsinin 96,2%-i qeyri-ərzaq məhsullarının payına düşüb.

 

Bu ilin yanvar-noyabr aylarında iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,8% artaraq 950,7 mln. manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 416,2 mln. manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar üzrə isə 534,5 mln. manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR