Bu ilin 5 ayında Azərbaycandan 650 mln. dollar həcmində qeyri-neft məhsulları ixrac olunub

Bu ilin 5 ayında Azərbaycandan 650 mln. dollar həcmində qeyri-neft məhsulları ixrac olunub
# 14 iyul 2014 11:00 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Cari ilin yanvar-may aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 133 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 97 ölkəyə əmtəə ixrac olunub, 121 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, xarici ticarət dövriyyəsi iştirakçılarının 42-si Avropa, 30-u Amerika, 42-si Asiya ölkələri və digərləridir.

Beş ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 17,2 mlrd. dollar, o cümlədən ixracın həcmi 13,7 mlrd. dollar, idxalın həcmi 3,5 mlrd. dollar təşkil edib, nəticədə 10,2 mlrd. dollarlıq müsbət saldo yaradılıb.

İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.

Qeyri-neft məhsullarının ixracı 650,1 mln. dollar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR