Bank Of Baku

Daha bir şirkətə məxsus mağazada qiymət artımına yol verildiyi aşkarlanıb

Daha bir şirkətə məxsus mağazada qiymət artımına yol verildiyi aşkarlanıb
# 26 fevral 2015 15:24 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İstehlak bazarında süni qıtlıq yaratmaq məqsədilə məhsulların dövriyyədən çıxarılmasının və əsassız qiymət artımının, istehlakçıların qiymətdə və çəkidə aldadılmasının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri davam etdirilir.

 

Nazirlikdən “APA-Economics”ə verilən məlumata əsasən, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, məhəllə 980, ev 61 ünvanında "Fərid" şirkətinə məxsus mağazada aparılan yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

 

Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR