Bakı. Musa Əhmədov – APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Daşkəsən rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Daşkəsən rayonunda keçirilən işgüzar forumda sahibkarlardan cins heyvandarlıq, kartofçuluq və yüksək məhsuldar kartof toxumçuluğu təsərrüfatlarının, meyvə emalı və qablaşdırılması müəssisəsinin, arıçılıq təsərrüfatlarının (o cümlədən, balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisəsinin), çörək, şirniyyat məhsulları, plastik qapı-pəncərə və üzlük daş istehsalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]