Bank Of Baku

DGK: “Rusiya ilə sərhəddə yerləşən gömrük-keçid məntəqələri gündəlik iş rejimində fəaliyyət göstərir”

DGK: “Rusiya ilə sərhəddə yerləşən gömrük-keçid məntəqələri gündəlik iş rejimində fəaliyyət göstərir”
# 28 avqust 2017 17:00 (UTC +04:00)

Dövlət Gömrük Komitəsi (DGK) bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan-Rusiya Federasiyası sərhədində avtomobillərin sıxlığının yaranmasına dair yayılan məlumatlara aydınlıq gətirib.

 

DGK Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, həmin məlumatlar həqiqətə uyğun deyil.

 

“27-28 avqust tarixlərində Rusiya Federasiyası ilə sərhəddə yerləşən sərhəd-keçid məntəqələrində avtomobillərin sıxlığı müşahidə olunmayıb. Qeyd edilən tarixlərdə bütün nəqliyyat vasitələrinin qanunvericiliyə uyğun olaraq maneəsiz şəkildə sərhədi keçmələri təmin edilib və hazırda da Rusiya Federasiyası ilə sərhəddə yerləşən gömrük-keçid məntəqələri gündəlik iş rejimində fəaliyyət göstərir”, komitənin məlumatında deyilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR