Bank Of Baku

DGK "Binə" ticarət mərkəzində çalışan sahibkarların fikirlərinə münasibət bildirib

DGK "Binə" ticarət mərkəzində çalışan sahibkarların fikirlərinə münasibət bildirib
# 18 yanvar 2016 13:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Dövlət Gömrük Komitəsi bu gün bəzi kütləvi informasiya vasitələrində "Binə" ticarət mərkəzində çalışan bir qrup sahibkarın gömrük rüsumlarının artırılması ilə bağlı fikirlərini əks etdirən məlumatlara münasibət bildirib.

 

Komitənin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, ölkəyə idxal olunan bütün mal və nəqliyyat vasitələri yalnız qanunvericiliklə nəzərdə tutulub, "Gömrük Tarifi Haqqında Qanun"a uyğun olaraq vergi və rüsumlara cəlb edilir: "İdxal əməliyyatları zamanı lazım olan müvafiq sənədlər vaxtında və düzgün olaraq gömrük orqanına təqdim edildikdə ən qısa zaman kəsiyində gömrük rəsmiləşdirilməsi həyata keçirilir".

 

Xatırladaq ki, Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib, mövcud qanunvericiliyin tələbləri onlara ətraflı izah edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR